İranlı taekvondoçu qadın olimpiya oyunlarına vəsiqə qazanıb
İranlı taekvondoçu qadın Tokio olimpiya oyunlarına vəsiqə qazanıb.
SəhərAzəri-nin məlumatına əsasən, İran taekvondosunun qadın nümayəndəsi Nahid Kiyani beynəlxalq bir yarışın yarımfinal görüşündə İordaniya nümayəndəsini məğlub edərək, həm bu yarışın finalına, həm də Tokio yay olimpiya oyunlarına vəsiqə qazanıb.
Bu iranlı qadın taekvondoçu bu yarışdan öncə dünya çempionatının qızıl, həmçinin Asiya çempionatının qızıl və gümüş medallarına sahib olan tailandlı taekvondoçu Fanapa Harensutsinlə görüşüb. O, bu görüşdə yaxşı və maraqlı oyun nümayiş etdirərək, öz məşhur rəqibini məğlub etmiş və yarışların yarımfinal mərhələsinə çıxmışdı.
Bundan qabaq keçirilən kişilərin yarışında da iranlı taekvondoçular- Mir Haşem Hoseyni və Armin Hadipour olimpiya oyunlarına vəsiqə qazanmışdılar.