İran yığması voleybol üzrə Millətlər Liqasında ilk qələbə qazanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i377522-İran_yığması_voleybol_üzrə_millətlər_liqasında_ilk_qələbə_qazanıb
İranın voleybol üzrə yığma komandası Niderland komandasına qalib gələrək, voleybol üzə Millətlər Liqasında ilk qələbə qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 30, 2021 14:07 Asia/Baku
  • İran yığması voleybol üzrə Millətlər Liqasında ilk qələbə qazanıb

İranın voleybol üzrə yığma komandası Niderland komandasına qalib gələrək, voleybol üzə Millətlər Liqasında ilk qələbə qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, İranın voleybol üzrə yığma komandası bu gün 2021-ci il voleybol üzrə Millətlər Liqasındakı üçüncü görüşündə Niderland komandası ilə görüşüb və oyunu 3-0 hesabı ilə başa vurubdur.

Bu görüş 25-18, 25-23 və 30-28 hesabı ilə İranın xeyrinə başa çatıb.

Bu, İranın 2021-ci il voleybol üzrə Millətlər Liqasındakı ilk qələbəsi idi.

Səid Məruf bu görüşdə oyuna geri dönərək, İranın yığma komandasının qələbəsində mühüm rol oynayıbdır.