İyun 13, 2021 09:45 Asia/Baku
  • İranlı qadın karate üzrə olimpiya oyunlarının seçmə mərhələsi üçün hakim seçilib

Elmira Gözəlzadə Parisdə keçiriləcək karate üzrə olimpiya oyunlarının seçmə mərhələsi üçün münsiflər heyətinə üzv seçilib.

SəhərAzəri-nin Karate Federasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla məlumatına görə, seçmə yarışları çərçivəsində və Tokio Olimpiya kvotasını qazanmaq üçün Parisdə keçiriləcək yarışlarda Elmira Gözəlzadə münsiflər heyətinə üzv seçilib. 

Gözəlzadə kumitə kateqoriyasında ən yüksək "A referee" dərəcəsinə və kata kateqoriyasında "Cac A" dərəcəsinə malikdir və Fransanın Paris şəhərində təşkil olunmuş hakimlər seminarından sonra Dünya Hakimlər Şurası tərəfindən yarışların münsiflər heyətinə üzv seçilib.

Gözəlzadə ilk iranlı qadındır ki, ardıcıl üç dövr olaraq, Karate üzrə Dünya Liqası yarışlarının münsiflər heyətinə üzv seçilir.

Teqlər