Gölün rənginin qırmızı olduğu görünür
Urmiyə Gölünün rəngi qırmızıya çalır + VİDEO
Qərbi Azərbaycanda Urmiyə Gölünün rəngi suyun həcminin azalması və duz qatılığının artması nəticəsində dəyişib.
Mütəxəssislərin fikrincə, gölün rənginin dəyişməsi orada yaşayan mikroorqanizmlərlə əlaqəlidir. Hər yay göldə suyun səviyyəsi aşağı düşür və nəticədə duzun konsentrasiyası çoxalır.
Göldə yetişən və əsl rəngi yaşıl olan dunaliella adlı birhüceyrəli yosunlar yüksək duzluluq şəraitində qırmızı rəngə boyanırlar.
Bəzi mütəxəssislər isə, Urmiyə Gölünün rənginin dəyişməsinə "Xalo Bakter" adlı bir bakteriyanın səbəb olduğunu düşünürlər. Onların fikrincə, suyun şorluğu, hər litrdə 400 qramı keçəndə bu bakteriya əmələ gəlir və bunun nəticəsində suyun rəngi qırmızıya çevrilir.
Gölün qırmızı rəngə çevrilməsi son illərdə yay fəslində baş verir və temperaturun düşməsi və suyun həcminin artmasına qədər davam edir