Aspirin xərçəngdən irəli gələn tələfatı azaldır
İyul 10, 2021 10:33 Asia/Baku
Yeni araşdırma göstərir ki, aspirin döş, yoğun bağırsaq və prostat xərçənglərindən irəli gələn ölüm təhlükəsini 20 faiz azalda bilər.
SəhərAzəri-nin məlumatına əsasən, Mütəxəssislər aspirindən istifadə edən xəstələr üzərində apardıqları tədqiqatlarında bu nəticəyə gəliblər.
Dünya səviyyəsində milyonlarla nəfər ürək-damar xəstəliklərinə tutulmağın qarşısını almaq üçün aspirin istehlak edir.
Aspirin qanı durulaşdırır və qan laxtalarının yaranması təhlükəsini azaldır. Tədqiqatçılar son vaxtlar, bəzi xərçənglərə tutulma zamanı ölüm təhlükəsini azaltmaq istiqamətində aspirinin iltihaba qarşı xüsusiyyətlərini kəşf ediblər.