İyul 29, 2021 12:58 Asia/Baku
  • İranlı qadın avarçəkən olimpiya oyunlarının B finalında

İranlı qadın avarçəkən Tokio olimpiya oyunlarının B finalına vəsiqə qazanıb.

SəhərAzəri-nin bildirdiyinə görə,Tokio olimpiya oyunlarında qadınların birnəfərlik akademik avarçəkmə yarışlarının yarımfinal mərhələsi keçirilib və İran nümayəndəsi B finalına çıxıbdır.

Nazənin Molayi yarımfinal mərhələsində beş nəfərlə yarışıb və yeddi dəqiqə 45 saniyə göstərici ilə altıncı olub və B finalına vəsiqə qazanıbdır.

Yarımfinal mərhələsində Yeni Zelandiya, İngiltərə və Avstriya qayıqları A finalına, yerdə qalanlar isə B finalına çıxıblar. Bu finala çıxan idmançılar sıralama rəqabəti aparacaqlar.

 

Teqlər