İranlı güləşçi Tokio-2020 Yay Olimpiya Oyunlarının çempion adını qazandı + VİDEO
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i379733-İranlı_güləşçi_tokio_2020_yay_olimpiya_oyunlarının_çempion_adını_qazandı_vİdeo
Yunan-roma güləşi üzrə 67 kq. çəki dərəcəsində iranlı güləşçi Məhəmmədrza Gerayi Tokio-2020 Yay Olimpiya Oyunlarının çempionu adını qazandı.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Avq 04, 2021 11:10 Asia/Baku

Yunan-roma güləşi üzrə 67 kq. çəki dərəcəsində iranlı güləşçi Məhəmmədrza Gerayi Tokio-2020 Yay Olimpiya Oyunlarının çempionu adını qazandı.

SəhərAzəri-nin məlumatına əsasən, Gerayi bu güləşdə 10-1 hesabı ilə ukraynalı rəqibini məğlub edərək, olimpiya çempionu oldu. O, iranlı atıcı Cavad Furuğidən sonra İranın ikinci olimpiya qızıl medalçısıdır.

Qeyd edək ki, 86 kiloqram çəki dərəcəsində güləşən İranın sərbəst güləşçisi Həsən Yəzdani də yarım final mərhələsində Rusiyadan Artur Nayfonovu 7-1 hesabı ilə məğlub edərək, ikinci dəfə olaraq, olimpiya oyunlarının final mərhələsinə yüksəlib . O, finalda amerikalı güləşçi David Teylor ilə mübarizə aparacaq.