Azərbaycanın medalları 6-ya yüksələcək
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i379817-azərbaycanın_medalları_6_ya_yüksələcək
Azərbaycan milli komandasının Tokio-2020 Yay Olimpiya Oyunlarında daha bir medal qazanacağı dəqiqləşib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 07, 2021 07:38 Asia/Baku
  • Azərbaycanın medalları 6-ya yüksələcək

Azərbaycan milli komandasının Tokio-2020 Yay Olimpiya Oyunlarında daha bir medal qazanacağı dəqiqləşib.

SəhərAzəri-nin Apasport.az-a istinadən verdiyi məlumata görə, bu mükafatı yarımfinala vəsiqə qazanan qadın karateçi İrina Zaretska təmin edib.

+61 kq çəki dərəcəsində yer alan dünya və Avropa çempionu B qrupunda keçirdiyi 4 döyüşün 3-də qalib gəlib, 1-də məğlub olub. 6 xal toplayan 25 yaşlı karateçi qrup birincisi kimi yarımfinala yüksəlib. Bu isə o deməkdir ki, Zaretskla Olimpiyada minimum bürünc medal qazanacaq.

Bununla Azərbaycan Respublikasının Olimpiyadakı medal sayının ən azı 6-ya yüksələcəyi dəqiqləşib.

Qeyd edək ki, bunadək karateçi Rafael Ağayev (75 kq) gümüş, cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominqes (81 kq) və yunan-Roma güləşində Rafiq Hüseynov (77 kq) bürünc medal qazanıb. Sərbəst güləşçi Hacı Əliyev (65 kq) isə finala yüksəlməklə özü üçün ən azı gümüş mükafatı təmin edib.