Avq 25, 2021 12:43 Asia/Baku
  • İran Tokio-2020 Paralimpiya Oyunlarına əlil arabasında basketbol oyunu ilə başlayacaq

Tokio-2020 Paralimpiya oyunlarında İranın idman karvanı öz rəsmi yarışlarına əlil arabasında basketbol oyunu ilə başlayacaq.

SəhərAzəri-nin məlumatına əsasən, Tokio-2020 16-cı Yay Paralimpiya Oyunları çərşənbə axşamı günü rəsmi olaraq açılış mərasimi ilə başlayıb və bu yarışlarda 162 ölkədən gələn idmançılar medallar uğrunda mübarizə aparacaqlar. 

İranın idman karvanı Paralimpiya Oyunlarının bu turuna 62 idmançı və 21 texniki heyətlə qatılıb və para-ağır atletika, para-oxatma, para-atletika, para-taekvondo, para velosiped, oturaq voleybol, əlil arabası ilə basketbol, parakano, paracüdo və para atıcılıq idman növləri üzrə rəqabət aparacaq. 

İranlı idmançılar yarışın ilk günündə istirahət edəcəklər və onların yarışları 25 sentyabr cümə axşamı günü əlil arabası ilə basketbol oyunu ilə başlayacaq.

İranlı basketbolçular qrup mərhələsinin ilk oyununda cümə axşamı günü yerli vaxtla saat 14:45-də  Avstraliya komandası ilə qarşılaşacaqlar.

Teqlər