Bu vitaminin təmin edilməsilə xərçəngə yoluxma 50% azalır
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i380512-bu_vitaminin_təmin_edilməsilə_xərçəngə_yoluxma_50_azalır
Yeni bir araşdırmanın nəticələri göstərir ki, gündəlik yemək vaxtlarında balıqdan istifadə, yoğun bağırsaq xərçənginə yoluxma təhlükəsini əlli faiz azalda bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 27, 2021 10:51 Asia/Baku
  • D vitamini
    D vitamini

Yeni bir araşdırmanın nəticələri göstərir ki, gündəlik yemək vaxtlarında balıqdan istifadə, yoğun bağırsaq xərçənginə yoluxma təhlükəsini əlli faiz azalda bilər.

SəhərAzəri-nin verdiyi məlumata görə, Tədqiqatçıların bildirdiklərinə görə, gündə 300 IU D vitamini qəbul etmək yoğun bağırsaq xərçəngi riskini azalda bilər; Bundan əlavə, bu tapıntılar həkimləri dispanserləşdirmə ilə yanaşı, D vitamini qəbul etməyi tövsiyə etməyə sövq etdirə bilər.

Araşdırmalar göstəribdir ki, xüsusən yaşlılarda D vitamini çatışmazlığını kompensasiya etmək, xərçəng riskini önəmli dərəcədə azalda bilər və mötəbər bir yol, qida maddələrini bu vitaminlə zənginləşdirməkdir.

Balıqdan başqa, yumurta sarısı, göbələk, pendir, süd, paxlalı bitkilər, balıq yağı, portağal suyu və balıq kürüsü kimi qidalarda çoxlu miqdarda D vitamini var.