Azərbaycan yığması üçün ilk gümüş medal
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i380643-azərbaycan_yığması_üçün_ilk_gümüş_medal
Azərbaycan yığması Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Avq 31, 2021 12:49 Asia/Baku
  • Azərbaycan yığması üçün ilk gümüş medal

Azərbaycan yığması Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb.

SəhərAzəri-nin verdiyi məlumata görə,Azərbaycan Respublikası yığmasının təmsilçisi Lamiyə Vəliyeva qadınların 100 m məsafəyə qaçışında fərqlənib.

11,99 saniyə ilə şəxsi rekorduna imza atan Lamiyə Vəliyeva 2-ci yeri tutub.

Bununla da Azərbaycan Respublikası yığması Tokio-2020-dəki medal sayını 15-ə çatdırıb. Bu, komandamızın ilk gümüş medalı olub. Digər mükafatlardan 10-u qızıl, 4-ü bürüncdür.