İranın futbol yığması FİFA-nın təsnifatında Asiya üzrə birincidir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i380944-İranın_futbol_yığması_fİfa_nın_təsnifatında_asiya_üzrə_birincidir
İranın futbol üzrə yığma komandası FİFA-nın təsnifatında Asiya üzrə birinci pilləyə yüksəlib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 10, 2021 10:55 Asia/Baku
  • İranın futbol yığması
    İranın futbol yığması

İranın futbol üzrə yığma komandası FİFA-nın təsnifatında Asiya üzrə birinci pilləyə yüksəlib.

SəhərAzəri-nin verdiyi məlumata görə, İranın futbol üzrə milli komandası 2022-ci il Qətər dünya çempionatının seçmə oyunlarındakı ikinci görüşündə İraq millisini üç qolla qarşısından götürə və altıxallı olmağa müvəffəq oldu.

Bu nəticə İran millisinin dörd pillə yüksəlişlə dünya təsnifatında 22-ci, Asiya təsnifatında isə birinci yerdə durmasına səbəb oldu. Beləliklə İranın futbol üzrə milli komandası futbol üzrə Asiya Kuboku yarışlarından sonra ilk dəfə olaraq, FİFA-nın təsnifatında Asiya komandaları üzrə ilk yeri Yaponiyadan geri aldı.

İranın futbol yığması son görüşlərdə doqquz ardıcıl qələbəyə nail olub.