İtaliya din festivalında on İran filmi göstəriləcək
İtaliyada keçiriləcək 24-cü «Müasir din» film festivalında on İran filmi göstəriləcək.
SəhərAzəri-nin verdiyi məlumata görə, Rəhim Zəbihinin «Müqəddəs çörək» adlı tammetrajlı sənədli filmi və Keyvan Məcidinin «Su pərisi» adlı tammetrajlı bədii film İtaliyada keçiriləcək «Müasir din» film festivalında nümayiş olunacaq.
Həmçinin bu iki tammetrajlı filmin kənarında Saman Hüseynpur ilə Ako Zənd Kəriminin birgə düzəltdikləri «Anadangəlmə», Müseyib Hənayinin «Qaranlıqdan öncə», Ərdəlan Zinətinin «Gil», Səid Nicatinin rejissoru olduğu «Dabur», Yasir Talibinin «Tək qalmayacağam» və «Səhra mühafizəçisi» və Miqdad Cəlalinin düzəltdiyi «Məndəli» adlı qısametrajlı filmlər bu kino tədbirində nümayiş etdiriləcək.
24-cü «Müasir din» film festivalı İtaliyanın Trento şəhərində keçiriləcək.