Sen 19, 2021 17:52 Asia/Baku
  • Həbib Rəncbər
    Həbib Rəncbər

İranlı idmançı Həbib Rəncbər ciu-citsu üzrə Asiya çempionatının qalibi olub.

SəhərAzəri-nin məlumatına əsasən, Ciu-citsu üzrə beşinci Asiya çempionatında 94 kiloqram çəki dərəcəsində iraqlı və hindistanlı rəqiblərinin kürəklərini yerə vuran, özbəkistanlı idmançını on iki-beş, qazaxıstanlı rəqibini isə on altı-dörd hesabları ilə məğlub edən İranın ciu-citsu üzrə yığma komandasının üzvü Həbib Rəncbər yarışların finalına çıxıb.

Dünən axşam final görüşündə tailandlı rəqibinə on dörd-yeddi hesabı ilə qalib gələn Rəncbər bu yarışların çempionu və qızıl medal sahibi olubdur.

Yarışlarda Asiya qitəsindən on səkkiz komanda iştirak edib.

 

Teqlər