“Qəhrəman”, “Oslo” festivalının ən yaxşı filmi olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i383318-qəhrəman_oslo_festivalının_ən_yaxşı_filmi_olub
İranlı kinematoqraf və rejissor Əsgər Fərhadinin çəkdiyi “Qəhrəman” filmi Norveçdə keçirilən otuz birinci Cənubi Oslo Film Festivalında ən yaxşı film mükafatını alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 20, 2021 07:53 Asia/Baku
  • “Qəhrəman”, “Oslo” festivalının ən yaxşı filmi olub

İranlı kinematoqraf və rejissor Əsgər Fərhadinin çəkdiyi “Qəhrəman” filmi Norveçdə keçirilən otuz birinci Cənubi Oslo Film Festivalında ən yaxşı film mükafatını alıb.

SəhərAzəri-nin məlumatına əsasən, 31-ci Cənubi Oslo Film Festivalı öz qaliblərinin siyahısını elan edib və Əsgər Fərhadinin “Qəhrəman” filmi festivalın ən yaxşı filmi kimi “Gümüş Güzgü” mükafatına layiq görülüb.

“Qəhrəman” filmi Behtaş Sanaiha və Məryəm Müqəddəmin birgə çəkdikləri “Ağ inək qəsidəsi” filmi ilə yanaşı, bu kino tədbirinin əsas müsabiqə bölməsində İran kinosunu təmsil ediblər.

Rejissorlar Pənah Pənahinin “Torpaq yol” və Abbas Kiarüstəminin “Close-Up” filmləri noyabrın 11-dən 21-dək Norveçdə keçirilən Cənubi Oslo Film Festivalında iştirak edən digər İran filmləridirlər.