İran nümayəndəsinin bürünc medalı
Noy 26, 2021 14:07 Asia/Baku
İran nümayəndəsi qadınların taekvondo üzrə dünya çempionatının üçüncü pilləsində dayanıb.
SəhərAzəri-nin məlumatına əsasən, Ərriyad şəhərində keçirilən yarışlarda Kövsər Əsasə 62 kiloqramdan aşağı çəki dərəcəsində mübarizə aparıb.
Qadınların taekvondo üzrə 2021-ci il dünya çempionatının ilk mərhələsi otuz bir ölkədən olan 170 taekvondoçunun iştirakı ilə dünəndən etibarən, Ərriyadın «Green Hall» zalında keçirilir. Yarışlar üç gün müddətinə davam edəcək.
Bukünkü yarışlar 49, 57 və 73 kiloqramdan aşağı çəki dərəcələrində keçiriləcək.
Bu çəki dərəcələrində İranı Nahid Kiyani, Zəhra Şeydayi və Melika Mir Hüseyni təmsil edəcəklər.