İranlı futbolçunun qolu Asiyanın ən yaxşı qolları sırasında
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i383762-İranlı_futbolçunun_qolu_asiyanın_ən_yaxşı_qolları_sırasında
Mehdi Qaedinin İranın "İstiqlal" komandasının tərkibində Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandasına vurduğu qol AFC-nin nöqteyi-nəzərindən 2021-ci il Asiya Çempionlar Liqası mövsümünün ən yaxşı qolları sırasında yer alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 04, 2021 07:07 Asia/Baku
  • İranlı futbolçunun qolu Asiyanın ən yaxşı qolları sırasında

Mehdi Qaedinin İranın "İstiqlal" komandasının tərkibində Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandasına vurduğu qol AFC-nin nöqteyi-nəzərindən 2021-ci il Asiya Çempionlar Liqası mövsümünün ən yaxşı qolları sırasında yer alıb.

SəhərAzəri-nin məlumatına əsasən, Asiya Çempionlar Liqasının bu mövsümü başa çatdıqdan sonra Asiya Futbol Konfederasiyası AFC saytı 2021-ci il Asiya Çempionlar Liqasının ən yaxşı qolunu seçmək üçün 10 qoldan ibarət 2 siyahı seçib ki, finaldakı hər mərhələnin ən yaxşı qolları bir-bir ilə rəqabət aparacaq. 

AFC-nin saytı yarışların ən yaxşı qollarının ilk qrupunu təqdim edib ki, bu qollar arasında Mehdi Qaedinin İranın "İstiqlal" komandasının forması ilə Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandasına vurduğu qol da yer alıb. Bu qol qrup mərhələsində vurulub.

Yarışların bu dövründə Səudiyyə Ərəbistanının Əl-Hilal futbol komandası çempion, Cənubi Koreyanın "Pohanq Stilers" komandası isə ikinci olub.