"Real Madrid" İspaniya Super Kubokunun qalibi olub
Ancelottinin yetirmələri İspaniya Super Kubokunun finalında "Atletik Bilbao"nu məğlub edərək, çempion olublar.
SəhərAzəri-nin məlumatına əsasən, İspaniya Super kubokunun final görüşü Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı "Kral Fahd" stadionunda "Atletik Bilbao" ilə "Real Madrid" arasında keçirilib və qalaktikalar 2-0 hesabı ilə qalib gələrək, çempionluğu qazanıblar.
Görüşdə Real Madrid üçün Luka Modriç 38-ci dəqiqədə və Kərim Benzema 52-ci dəqiqədə penalti zərbəsi ilə qol vurub.
Eyni zamanda matçın 87-ci dəqiqəsində Eder Militao qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırılıb.
Qarşılaşmanın 89-cu dəqiqəsində "Atletik Bilbao" penalti nöqtəsindən qol vurmaq fürsətini Raul Qarsiya tərəfindən əldən verib və Kurtua penaltini dəf edib.
Beləliklə, "Real Madrid" qələbə qazanaraq, tarixində 12-ci dəfə İspaniya Super kubokunun qalibi olub.
Oyunda Luka Modriç də "Real-ın İspaniya Superkubokunda ən yaşlı bombardiri adını qazanıb.