Yan 18, 2022 13:19 Asia/Baku
  • Levandovski
    Levandovski

Sürixdə FİFA-nın ən yaxşılar mərasimi keçirilib və Robert Levandovski 2021-ci ildə dünya futbolu üzrə ilin ən yaxşı oyunçusu olub.

SəhərAzəri-nin məlumatına əsasən, Eduard Mendi ən üstün qapıçı, Tomas Tuxel isə ən yaxşı baş məşqçi adını alıblar.

Sürixdə FİFA-nın ən yaxşılar mərasimi virtual formada başlayıb. Mərasimdə ilin ən yaxşı kişi və qadın oyunçuları, ən yaxşı kişi və qadın baş məşqçiləri və ən yaxşı qapıçısı seçilib.

İranın yığma futbol komandasının və Portuqaliyanın Porto klubunun hücumçusu Mehdi Taremi ilin ən yaxşı qolu üzrə Puşkaş mükafatı bölməsinə namizəd olmuşdu və bu ad üçün yüksək şansa malik idi, lakin sonda Tottenhem klubunun ulduzu Erik Lamela bu mükafatı qazanıb.

 

Teqlər