İranlı atlet buzadırmanma üzrə dünya çempionu olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i385543-İranlı_atlet_buzadırmanma_üzrə_dünya_çempionu_olub
İranlı atlet buzadırmanma üzrə dünya çempionatında sürət mərhələsində qızıl medal qazanaraq, çempion olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 29, 2022 14:22 Asia/Baku
  • İranlı atlet buzadırmanma üzrə dünya çempionu olub

İranlı atlet buzadırmanma üzrə dünya çempionatında sürət mərhələsində qızıl medal qazanaraq, çempion olub.

SəhərAzəri-nin məlumatına əsasən, tədbir iki iranlı idmançının iştirakı ilə İsveçrədə keçirilir. İranın hər iki təmsilçisi sürət kateqoriyasında yarım final mərhələsinə yüksəliblər.  

Möhsün Beheshtirad 6,90 saniyə ilə birinci olub, onun rusiyalı rəqibləri gümüş və bürünc medallara sahib olublar. Məhəmmədrza Səfdərian isə 8,09 saniyə ilə beşinci yerdə qərarlaşıb. 

Bu, tarixdə ilk dəfədir ki, qeyri-rusiyalı idmançı bu yarışda qızıl medal qazanıb.

Bu gün Lead kateqoriyasının yarımfinal və final görüşləri keçiriləcək. Səfdərian seçmə mərhələsində birinciliyi qazanaraq, yarımfinala yüksəlib.