Fev 03, 2022 14:10 Asia/Baku
  • Pəhləvanlar
    Pəhləvanlar

«Pəhləvanlar» animasiyası IMDB vebsaytının tarixin ən yaxşı serialları siyahısına daxil olub.

SəhərAzəri-nin məlumatına əsasən, Bir neçə gün bundan öncə birinci seriyası on dörd il bundan öncə yayılmış və iranlı uşaqlar arasında ən sevimli və ən yadda qalan animasiya filmlərindən birinə çevrilmiş «Pəhləvanlar» animasiyasının ikinci seriyasının düzəldilməsi xəbəri yayıldı.

Xəbərin yayılmasından sonra bu animasiya filminin tərəfdarları olan iranlı istifadəçilər kollektiv surətdə IMDB vebsaytında həmin animasiya filminə tam on bal verdilər.

Bu hərəkətlə bu İran animasiya filmi IMDB vebsaytı istifadəçilərinin nöqteyi-nəzərindən tarixin 25 ən yaxşı seriallar siyahısına daxil oldu və «Friends» və «Peaky Blinders» seriallarından yüksəkdə yer aldı.

«Pəhləvanlar» animasiyasının məzmunu belə qeyd edilib: Purya Vəli adlı pəhləvan öz şagirdlərinin həmkarlığı ilə şəhərin mənsəbpərəst, həris və tamahkar darğası- İsgəndər xanın məkri və hiyləsi qarşısında dayanır və onunla mübarizə aparır.

Bu serial ərəb və türk dillərinə tərcümə edilib. Bəlkə də gələcəkdə onun ingilis dilində dublyajının şahidi olmuş olaq

Teqlər