Fev 22, 2022 14:24 Asia/Baku
  • «Bərəkət» vaksini beynəlxalq qeydiyyat prosesini keçiri

İran vaksini- «Kovo İran Bərəkət» vaksini Ümumdünya Səhiyyə Təşkilatının dəyərləndirməsində beynəlxalq qeydiyyat prosesində qərar tapıb.

SəhərAzəri-nin məlumatına əsasən, Ümumdünya Səhiyyə Təşkilatı korona vaksinlərinin vəziyyətini «EUL/PQ» dəyərləndirmə prosesində yayıb və bu siyahıdan 21-ci nömrəni «Bərəkət» vaksininə ayrıb.

Təşkilat bildirib ki, bu vaksinin adı, İranın «Bərəkət» dərman qrupunun tabeliyində olan «Şəfa Farməd» şirkətinin məhsulu olan «Kovo İran»dır.

Qeyd olunan siyahının əvvəlində sıra ilə Pfizer, Astra-Zeneka, Kovişild, Yansen, Moderna, Sinofarm, Sinovak və Bharat yerləşirlər.

«Kovo İran Bərəkət» vaksini növbədənkənar lisenziya almağa müvəffəq olan İranın ilk korona vaksinidir.

Teqlər