Tareminin üzrxahlığı gündəm yaratdı; Pepe iranlı ulduzu müdafiə etdi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i387899-tareminin_üzrxahlığı_gündəm_yaratdı_pepe_iranlı_ulduzu_müdafiə_etdi
“Real Madrid”in sabiq müdafiəçisi İranın milli futbol komandasının ulduzu və "Portu" klubunun üzvünə dəstək olub.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Apr 11, 2022 12:41 Asia/Baku
  • Mehdi Taremi
    Mehdi Taremi

“Real Madrid”in sabiq müdafiəçisi İranın milli futbol komandasının ulduzu və "Portu" klubunun üzvünə dəstək olub.

SəhərAzəri-nin məlumatına əsasən, Ötən gecə Portuqaliya liqasının 29-cu həftəsi çərçivəsində "Portu" komandası "Vitoriya" ilə qarşılaşıb və 1-0 hesabı ilə qalib gəlib.

Bu komandanın iranlı hücumçusu Mehdi Taremi 3 oyundan sonra əsas heyətdə yer alıb və komandasının yeganə qolunu 36-cı dəqiqədə özü qazandığı penalti zərbəsini dəqiq yerinə yetirərək, vurub.

Əlbəttə o, oyunun 63-ü dəqiqəsində daha bir penalti qazanıb, amma onu qaçırıb. 

Taremi oyundan sonra penaltini qaçırdığı üçün üzrə istəyib ki, bu da "Portu"nun kapitaninin diqqətini çəkib.

"Real Madrid"in keçmiş, "Portu"nun isə hazırki müdafiəçisi Pepe Tarminin penaltini vura bilmədiyi üçün üzr istəməsindən təəccüblənib və deyib: "Taremi həqiqətən penaltini buraxdığı üçün üzr istədi?" Necə ki, bir qol kollektiv səyin nəticəsidir, sən penaltini qaçırdığın üçün üzrə istəməməlisən, biz hamımız birlikdə qalib gəlirik, uduzanda da birlikdə uduzuruq".