İranlı fotoqraf Arbella foto-şəkil festivalının qalibi olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i388815-İranlı_fotoqraf_arbella_foto_şəkil_festivalının_qalibi_olub
İranın Kiş adasının sakini Seyid Hüseyn Təhəvvori Türkiyədə keçirilən on ikinci beynəlxalq Arbella foto-şəkil festivalının qızıl medalını qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 06, 2022 09:31 Asia/Baku
  • Arbella foto-şəkil festivalı
    Arbella foto-şəkil festivalı

İranın Kiş adasının sakini Seyid Hüseyn Təhəvvori Türkiyədə keçirilən on ikinci beynəlxalq Arbella foto-şəkil festivalının qızıl medalını qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Hər il Beynəlxalq fotoqrafiya sənəti federasiyası, Ümumdünya fotoqrafiya assambleyası və Türkiyə fotoqrafiya federasiyasının nəzarəti altında Türkiyədə keçirilən Arbella foto-şəkil yarışması bu il öz qaliblərini elan edib.

Bu yarışma-festival sərbəst mövzu, yerin qızmasının təsirləri və makaronla yaradıcılıq mövzuları kimi üç bölmədə keçirilib.

Bu üç bölmə üzrə bütövlükdə müxtəlif ölkələrdən min dörd yüz on üç fotoqraf yeddi min doqquz yüz səksən iki foto-şəkillə iştirak edib.

Festivalın sərbəst bölməsində iştirak edən İranın Kiş adasının sakini Seyid Hüseyn Təhəvvori min üç yüz əlli fotoqraf və sərbəst bölməyə göndərilmiş beş min yüz qırx bir əsər arasında Beynəlxalq fotoqrafiya sənəti federasiyasının qızıl medalı və festivalın altı yüz dollarlıq mükafatını əldə etməyə müvəffəq olub.