May 13, 2022 14:03 Asia/Baku
  • Benzema
    Benzema

Real Madrid-in müsəlman ulduzu və kapitanı, Levante klubuna qol vurmaqla öz adına yeni rekord qeydə aldırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Real Madrid dünən gecə La Liqa-nın 36-cı həftəsi çərçivəsində öz evində Levante ilə qarşılaşıb və bu komandanı altı-sıfır hesabı ilə məğlub edib.

Bu oyunda «Ağ Qu Quşları” üçün qolları Mendi on üçüncü, Benzema on doqquzuncu, Rodriqo otuz dördüncü, Vinisius isə qırx beş, altmış səkkiz və səksən üçüncü dəqiqələrdə vurublar.

Qalaktikalıların müsəlman ulduzu və kapitanı Kərim Benzema bu oyunda vurduğu qolla Real-da tarix yazıb, bu Madrid klubunun əsatiri Raul Qonsalesin qol rekorduna çatıb.

Kriştianu Ronaldu Real üçün dörd yüz əlli qol vurmaqla bu ispan klubunun tarixində ən yaxşı bombardir sayılır.

Real ötən həftə La Liqa-da öz çempionluğunu bayram etmişdi.