İranlı voleybolçu, Millətlər Liqasının ikinci ən çox xal qazandıran oyunçusu oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i391501-İranlı_voleybolçu_millətlər_liqasının_ikinci_ən_çox_xal_qazandıran_oyunçusu_oldu
İran milli voleybolçusu 215 xal toplayaraq, 2022-ci il Voleybol Millətlər Liqasının ikinci ən çox xal qazandıran oyunçusu seçilib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyul 25, 2022 09:01 Asia/Baku
  • Əmin İsmyılnejad
    Əmin İsmyılnejad

İran milli voleybolçusu 215 xal toplayaraq, 2022-ci il Voleybol Millətlər Liqasının ikinci ən çox xal qazandıran oyunçusu seçilib.

SəhərAzəri-nin məlumatına əsasən, İtaliyanın ev sahibliyi ilə keçirilən Beynəlxalq Voleybol Federasiyasının 2022 Millətlər Liqasının final mərhələsində Fransa ABŞ-ı məğlub edərək çempion oldu.

Bu turnirin yekun reytinqində Fransa və Amerikadan sonra Polşa, İtaliya, Yaponiya və Braziliya müvafiq olaraq birinci-altıncı yerləri tutublar.

İranın milli voleybol komandası yeddinci yerdə qərarlaşıb.

Hollandiya, Argentina, Sloveniya, Serbiya, Almaniya, Çin, Bolqarıstan, Kanada və Avstraliya komandaları müvafiq olaraq səkkizinci-on beşinci yerləri bölüşüblər. 

Bu yarışların sonunda iranlı "Əmin İsmyılnejad" 215 xalla Voleybol Millətlər Liqasının ikinci ən çox xal qazandıran oyunçusu kimi tanınıb.