İranlı məktəblilər Beynəlxalq İsveçrə İxtiralar Müsabiqəsində parlayıblar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i392363-İranlı_məktəblilər_beynəlxalq_İsveçrə_İxtiralar_müsabiqəsində_parlayıblar
İranlı məktəblilər İsveçrədə keçirilən beynəlxalq innovasiyalar və ixtiralar müsabiqəsində qızıl və gümüş medallar qazanıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 21, 2022 07:13 Asia/Baku
  • İranlı məktəblilər Beynəlxalq İsveçrə İxtiralar Müsabiqəsində parlayıblar

İranlı məktəblilər İsveçrədə keçirilən beynəlxalq innovasiyalar və ixtiralar müsabiqəsində qızıl və gümüş medallar qazanıblar.

SəhərAzəri-nin məlumatına əsasən, İranlı məktəblilər Bətul Baqiri və Rahilə Xavəri İsveçrə Beynəlxalq İxtiralar və İnnovasiyalar Müsabiqəsinin qızıl və gümüş medallarını qazanıblar.

Bu məktəblilər "bina təhlükəsizliyi" və "elektronika və mexatronika" ixtisasları üzrə qızıl və gümüş medallara layiq görülüblər.

İran İslam Respublikası İslam İnqilabının qələbəsindən sonra müxtəlif sahələrdə, o cümlədən elm sahəsində mühüm irəliləyiş əldə edib.

Qeyd edək ki, dünya elminin 2 faizi İranda istehsal olunur.