Handbol üzrə Asiya Çempionatı; İran Ərəbistana qalib gələrək, finala yüksəlib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i392603-handbol_üzrə_asiya_Çempionatı_İran_Ərəbistana_qalib_gələrək_finala_yüksəlib
İranın yeniyetmələrdən ibarət milli həndbol komandası Səudiyyə Ərəbistanına qalib gələrək Asiya finalına çıxıb
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2022 06:41 Asia/Baku
  • Handbol üzrə Asiya Çempionatı; İran Ərəbistana qalib gələrək, finala yüksəlib

İranın yeniyetmələrdən ibarət milli həndbol komandası Səudiyyə Ərəbistanına qalib gələrək Asiya finalına çıxıb

İranın yeniyetmələrdən ibarət həndbol üzrə yığma komandası bazar günü axşam 80 dəqiqəlik nəfəs kəsən marafonda Səudiyyə Ərəbistanına 33-32 hesabı ilə qalib gələrək, Asiya çempionatının final oyununa vəsiqə qazanıb.

İranın yeniyetmələrdən ibarət milli həndbol komandası Asiya çempionatının qrup mərhələsində üç qələbə və bir məğlubiyyətlə öz qrupunun ikinci komandası olaraq, yarımfinala yüksəlib.

Yarımfinal mərhələsinin digər görüşündə Cənubi Koreyaya Yaponiyaya 23-21 hesabı ilə qalib gələrək, finala yüksəlib.

Asiya çempionatının final oyunu avqustun 31-də İran və Cənubi Koreya arasında keçiriləcək.