Sen 04, 2022 19:03 Asia/Baku
  • Karate One Premyer 2022
    Karate One Premyer 2022

Bakıda keçirilən «Karate One Premyer 2022» Liqasının yarışları öz finiş xəttinə yaxınlaşır.

SəhərAzəri-nin məlumatına əsasən, İran karateçiləri bu gün beş medal uğrunda mübarizə aparıb və sonda iki gümüş və iki bürünc medal əldə ediblər.

Bəhmən Əsgəri yetmiş beş kiloqramdan aşağı, Sara Bəhmənyar isə əlli kiloqramdan aşağı çəki dərəcələrində yarışların gümüş medalı ilə kifayətləniblər.

Bürünc medal uğrunda gedən mübarizədə isə xanım Təravət Xaksar əlli beş kiloqramdan aşağı, Zəbiullah Purşəb isə səksən dörd kiloqramdan aşağı çəki dərəcələrində bu medalı əldə etməyi bacarıblar.

Rozita Əlipur isə altmış bir kiloqramdan aşağı çəki dərəcəsində bürünc medal uğrunda mübarizədə mərakeşli rəqibinə uduzubdur.

 

Teqlər