Gərayinin dünya çempionu üzərindəki cazibədar fəndi rezonans doğurdu
Sen 11, 2022 21:12 Asia/Baku
Məhəmmədrza Gərayinin dünya çempionatında qızıl medal qazanmış koreyalı rəqibi üzərindəki cazibədar fəndi rezonans doğurdu.
SəhərAzəri-nin məlumatına əsasən, Serbiyada keçirilən yunan-roma güləşi üzrə beynəlxalq yarışların ikinci günündə 67 kiloqram çəki dərəcəsində Məhəmmədrza Gərayi dörddə bir finalda Cənubi Koreyadan olan dünya çempionu Han Su Riyo ilə görüşüb.
Gərayi bir fənd işlətməklə hakimdən beş xal almış olsa da, rəqinin kürəklərini yerə vurub. Amma sonra bu xallar qəbul edilməyib.
Yarışın davamında koreyalı güləşçi zədələndiyi üçün döşəkdən kənara çəkilb və bu görüş baş tutmayıbdır. Gərayi beş-bir hesabı ilə qalib gəlib.