İran yığması futzal üzrə Asiya millətlər liqasının finalına yüksəlib
Tailand yığmasını inamla qarşısından götürən İranın futzal üzrə milli komandası futzal üzrə 2022-ci il Asiya millətlər liqasının finalına yüksəlib və Yaponiyanın rəqibi olubdur.
İranın futzal üzrə milli komandası Küveytdə keçirilən bu turnirin yarımfilan mərhələsində, dünən axşamçağı Tailandla qarşılaşıb.
Görüşün birinci hissəsi bir-sıfır hesabı ilə İran yığmasının xeyrinə qurtarıb, amma ikinci hissədə iranlı gənclərin gol şənliyi baş tutub. İkinci hissədə Tailandın qapısına dörd qol vuran futzalçılarımız oyunu beş-sıfır hesabı ilə başa vurub və inamla finala yüksəliblər.
Sabah keçiriləcək final matçında İran İslam Respublikasının futzal komandası ilə qarşılaşacaq Yaponiya yığması isə yarımfinalda Özbəkistan millisinə iki-bir hesabı ilə qalib gəlibdir.