Yaşıl lobya qan şəkərini tənzim edir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i394564-yaşıl_lobya_qan_şəkərini_tənzim_edir
Su, vitamin və minerallarla zəngin tərəvəzlərdən olan yaşıl lobya zülal mənbəyi kimi də tanınır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 30, 2022 12:23 Asia/Baku
  • Yaşıl lobya qan şəkərini tənzim edir

Su, vitamin və minerallarla zəngin tərəvəzlərdən olan yaşıl lobya zülal mənbəyi kimi də tanınır.

SəhərAzəri-nin məlumatına əsasən, Yaşıl lobyanın digər bir məziyyəti, başqa tərəvəzlərlə müqayisədə nisbətən aşağı karbohidrat və çox az miqdarda yağa malik olmasıdır.

Araşdırmaların nəticələri göstərir ki, yaşıl lobya qan şəkərinin tənzimlənməsinə kömək edir.

Yaşıl lobya aşağı glisemik indeksə malikdir. Bu cəhətdən, ikinci dərəcəli diabet xəstələrinə tövsiyə olunur.

Yaşıl lobyada stiqmasterol kimi təbii birləşmələrin olması da onu qanda xolesterini azaltmaqda təsirli edir.