Noy 08, 2022 16:31 Asia/Baku
  • İraqlı idmanı Abu Dabidə sionist rəqibi ilə yarışmaqdan imtina edib

İraq Ciu-Citsu Federasiyası Əbu-Dabidə keçirilən gənclər arasında dünya çempionatında bu ölkənin milli komandasının üzvü “Əli Əl-Bazi”nin üçüncü yer uğrunda mübarizə aparmaq üçün “israilli” rəqibi ilə qarşılaşmaqdan imtina etdiyini açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, İraq Federasiyasının rəhbəri Müxlis Həsən deyib: "İraq millisinin oyunçusu Əli Əl-Bazi (66 kq) gənclər arasında dünya çempionatında üçüncü və dördüncü yerləri müəyyən etmək üçün görüşə çıxıb, lakin püşkatma onu  sionist idmançı ilə qarşı-qarşıya qoyu, buna görə də biz İraq Ciu-Citsu Federasiyası olaraq oyunçumuzu geri götürmək qərarına gəldik, baxmayaraq ki, o, asanlıqla qalib gələ və dünya miqyasında bürünc medal qazana bilərdi".

O, əlavə edib ki, federasiya iraqlı idmançının sionist rəqibi ilə qarşılaşmaqdan imtina etməsini Təşkilat Komitəsinə əsaslandırıb və onlara izah edib ki, bu, siyasi qərardır və israillilərlə oynamaq yolverilməzdir.

Qeyd edək ki, mayın 26-da İraq parlamentinin üzvləri İsraillə "normallaşmanı cinayət hesab etmək" üçün təklif olunan qanunun lehinə səs veriblər.

Teqlər