İran yığması dünya çempionatının 1/8 mərhələsindən kənarda qaldı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i395427-İran_yığması_dünya_çempionatının_1_8_mərhələsindən_kənarda_qaldı
Amerika və İran komandaları dünən Bakı vaxtı ilə saat 23-00-da futbol üzrə dünya çempionatının B qrupunda özlərinin üçüncü və ən həssas oyunlarında qarşılaşıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 30, 2022 08:40 Asia/Baku
  • İran yığması
    İran yığması

Amerika və İran komandaları dünən Bakı vaxtı ilə saat 23-00-da futbol üzrə dünya çempionatının B qrupunda özlərinin üçüncü və ən həssas oyunlarında qarşılaşıblar.

Oyun Kristian Pulişiçin otuz səkkizinci dəqiqədə vurduğu yeganə qolla başa çatıb.

Amerika milli futbol komandasının oyunçusu olan Xorvatiya əslli Kristian Pulişiç İran-ABŞ matçının ən yaxşı oyunçusu seçilib.

Bu qrup üzrə digər oyunda Uels millisini üç-sıfır hesabı ilə məğlub edən İngiltərə yığması yeddi xalla,/ beş xal toplayan ABŞ seçməsilə yanaşı, səkkizdə bir final mərhələsinə vəsiqə qazanıb.