İran şahmatçısı İspaniya yarışlarının qalibi olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i395678-İran_şahmatçısı_İspaniya_yarışlarının_qalibi_olub
İranlı qrossmeyster Seyid Məhəmməd-Əmin Tabatabayi İspaniyanın “Elo Burqat” qrossmeysterlər cədvəlinin çempionu adını qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 09, 2022 17:34 Asia/Baku
  • İran şahmatçısı İspaniya yarışlarının qalibi olub

İranlı qrossmeyster Seyid Məhəmməd-Əmin Tabatabayi İspaniyanın “Elo Burqat” qrossmeysterlər cədvəlinin çempionu adını qazanıb.

Dünən axşamçağı bu yarışların yekun etapında İran şahmatının nümayəndəsi və ölkəmizin milli komandasının üzvü Məhəmməd-Əmin Tabatabayi 2660 reytinqi ilə Almaniya təmsilçisi Matias Blobauma qalib gəlib və yarış cədvəlinin önündə qərarlaşıb.

Tabatabayi sonra dörd sürətli çıxdaş yarışında Hindistan və Sinqapurdan olan iki qrossmeysteri məğlub edib. Bununla 2670 reytinqini keçməklə dünyanın ən yaxşı yetmiş şahmatçısı arasında yer alan iranlı şahmatçı, sözügedən yarışların çempionu adını qazanıbdır.