İranlı qrossmeyster İspaniyanın Sitges turnirində üçüncü oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i396006-İranlı_qrossmeyster_İspaniyanın_sitges_turnirində_üçüncü_oldu
İranlı qrossmeyster və İranın şahmat üzrə milli komandasının üzvü İspaniyada keçirilən beynəlxalq Sitges turnirində üçüncü olub.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Dek 24, 2022 09:24 Asia/Baku
  • İranlı qrossmeyster İspaniyanın Sitges turnirində üçüncü oldu

İranlı qrossmeyster və İranın şahmat üzrə milli komandasının üzvü İspaniyada keçirilən beynəlxalq Sitges turnirində üçüncü olub.

SəhərAzəri-nin məlumatına əsasən, Seyyid Məhəmməd Əmin Təbatəbayi dekabrın 12-dən dekabrın 22-dək İspaniyanın Sitges şəhərində keçirilən beynəlxalq şahmat turnirində  8 xalla üçüncü yeri tutub. İsveçrə sistemi üzrə keçirilən və 10 turdan ibarət olan yarışda, ümumilikdə 326 oyunçu iştirak edib.

Bu yarışlarda qalib olmaq üçün onuncu şans sayılan Təbatəbayi yaxşı performansla canlı reytinqini 15,7 xal artırıb.

Bu turnirdə Rusiya şahmatçısı Aleksinko 8,5 xalla çempion, amerikalı Hans Nieman ikinci, Seyid Məhəmməd Əmin Təbatəbayi isə 8 xalla üçüncü olub.