Qarışqalar xərçəng hüceyrələrini qoxlaya bilirlər
Fev 05, 2023 15:54 Asia/Baku
Yeni bir araşdırmanın nəticələri göstərir ki, qarışqalar çox həssas iybilmə sisteminə sahib olduqları üçün bir gün insanlara xərçəngin diaqnostikasında kömək edə bilərlər.
Alimlərin bu gün kəşf etdikləri budur ki, qarışqalar laboratoriya siçanlarında xərçəngi aşkar edə bilirlər.
Tədqiqatın aparıcı müəllifi Beatis Pickert BBC-yə deyib: "Qarışqalar 10 dəqiqəlik təlimdən sonra siçanların sidik nümunələrində xərçəngin qoxusunu aşkar edə bilirlər".
Cənab Pikert bu məsələ ilə bağlı araşdırmalarına 2017-ci ildə başlayıb. O, qarışqalara laboratoriyada sağlam və xərçəngli hüceyrələri ayırd etməyi öyrədə bilirdi.