Apr 07, 2023 20:59 Asia/Baku
  • Oruc tutmağın bədənə və sağlamlığa faydaları

Oruc tutmaq münasib qidalanmaya kömək edə bilər.

SəhərAzəri-nin məlumatına əsasən, İnsan bədəni öz sağlamlığını qorumaq üçün daim qida maddələrindəki yağın bir hissəsini müxtəlif nöqtələrdə ehtiyat edir. Zaman keçdikcə, yığılmış yağlar rənglərini dəyişir və sıxlaşırlar. Bunula da onların yenidən istifadə olunmaları ehtimalı çox azalır.

Oruc tutmaq, hətta təbii çəkidə olan arıq şəxslərdə də bədənə fürsət verir ki, bu yağları onun ehtiyatlarından azad və istehlak etsin və orucluğun başa çatmasından sonra onun yerini yeni və daha münasib yağlar tutmuş olsunlar.

Yemək yemək, həzm sisteminə xeyli qanın axmasına səbəb olur ki, onun ardınca halsızlıq və dəqiq fikri fəaliyyətlər bacarığının azalması baş verir. Orucluq, həzm sisteminə istirahət vermək və bütün bədənə, xüsusən əsəb sisteminə yetərincə qan göndərməklə bədənin sağlamlığına kömək edə bilər.

Psixoloji cəhətdən də oruc tutmaq çox faydalıdır, çünki yemək yeməkdən çəkindirmək sahəsində özünlə mübarizə, özünəinamın artmasına səbəb olur ki, bu da psixoloji problemlərin qarşısının alınmasında əsas amildir

 

Teqlər