Dünyada koronavirusun yenidən yayılması ilə bağlı həyəcan təbili çalınır
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i402963-dünyada_koronavirusun_yenidən_yayılması_ilə_bağlı_həyəcan_təbili_çalınır
Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19 xəstəliyinin bütün dünyada yenidən yayılması ilə bağlı xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 26, 2023 14:52 Asia/Baku
  • Dünyada koronavirusun yenidən yayılması ilə bağlı həyəcan təbili çalınır

Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19 xəstəliyinin bütün dünyada yenidən yayılması ilə bağlı xəbərdarlıq edib.

Ümumdünya Səhiyyə Təşkilatı 2023-cü il iyulun 24-dən avqustun 20-dək olan müddətdə bütün dünyada bir milyon 470 min insanın koronavirusa yoluxduğunu bildirib. 

Təşkilat, həmçinin bildirib ki, bu 4 həftə ərzində müxtıif ölkələrdə 2 min 59 nəfər koronavirusdan həyatını itirib. 

Ümumdünya Səhiyyə Təşkilatı 103 ölkədə koronovirusa yoluxma hallarının qeydə alındığına toxunaraq, bu virusu böyük qlobal təhlükə hesab edib.

Təşkilat, həmçinin ölkələrdən Covid-19 ilə mübarizə aparmaq üçün yaratdıqları infrastrukturu saxlamağı xahiş edib.