Sen 02, 2023 20:39 Asia/Baku
  • İran təmsilçiləri 2023 Paris Taekvondo Qran Prisində 3 medal qazandılar

2023-cü ildə Fransada keçirilən taekvondo üzrə Paris Qran Prisinin ilk günündə iranlı taekvondoçular bir qızıl, bir gümüş və bir bürünc medal olmaqla üç rəngli medal qazanıblar.

-58 kq çəki dərəcəsində Mehdi Hacı Musayi və Əbülfəzl Zəndi rəqiblərini məğlub edərək, finala yüksəliblər. Lakin iranlı texniki heyətin qərarı ilə final görüşü keçirilməyibə Nəticədə Mehdi Hacı Musayi qızıl və Abülfəzl Zəndi gümüş medala layiq görülüb.

Qadınların mübarizəsində Mobina Nemətzadə 49 kq-a qədər çəki dərəcəsində İranı təmsil edib.

O, qazaxıstanlı Barita Bakişeva, misirli Jana Xəttab və xorvatiyalı Bruna Duvançiçi məğlub edərək, yarımfinala vəsiqəni təmin edib.

Nemətzadə ispaniyalı Serzo İqlesiasla gərgin şəraitdə keçən görüşdə cüzi fərqlə yəni 2:1 hesabı ilə məğlub olsa da, bürünc medalı qazana bilib.

57 kq-a qədər çəki dərəcəsində mübarizə aparan Nahid Kiani isə tunisli rəqibinə uduzaraq turnirdən kənarlaşdırılıb.

Turnirin ikinci günündə İrandan Mətin Rzayi (-68 kq) və Mehran Bərxordari (-80 kq) rəqibləri ilə mübarizə aparacaq.

Teqlər