İranlı taekvondoçular Asiya oyunlarında 8 medal qazanıblar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i404017-İranlı_taekvondoçular_asiya_oyunlarında_8_medal_qazanıblar
İranın taekvondo karvanı üç gümüş və beş bürünc medalla Hançjou Asiya oyunlarındakı işini başa vurub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 29, 2023 11:21 Asia/Baku
  • İranlı taekvondoçular Asiya oyunlarında 8 medal qazanıblar

İranın taekvondo karvanı üç gümüş və beş bürünc medalla Hançjou Asiya oyunlarındakı işini başa vurub.

Asiya oyunlarının bu mərhələsində Mehdi Hacı Musayi, Əlirza Hüseynpur və Aryən Səlimi müvafiq olaraq, əlli səkkiz və altmış üç kiloqramadək, həmçinin səksən kilqramdan yuxarı çəki dərəcələrində gümüş medal əldə ediblər.

Qadınlar arasında Mərcan Sələhşuri pumse növündə, Mobina Nemətzadə və Melika Mir Hüseyni isə müvafiq olaraq, qırx doqquz və altmış yeddi, kişilər arasında isə Mehran Bərxordari səksən və Mətin Rezayi altmış səkkiz kiloqramadək çəki dərəcələrində bürünc medal alıblar.