İran güləşçiləri Asiya oyunlarinda 10 medal qazaniblar
Okt 07, 2023 18:20 Asia/Baku
Çinin Hançjou şəhərində keçirilən Asiya oyunlarının güləş yarışları İran güləşçiləri tərəfindən on iki çəkidə beş qızıl, dörd gümüş və bir bürünc medalın əldə edilməsilə başa çatıb.
On doqquzuncu Asiya oyunlarının yunan-roma və sərbəst güləş yarışları oktyabrın dördündən yeddisinədək Çinin Hançjou şəhərində keçirilib.
İran pəhləvanlarının uğurlarının fonunda qeyd edək ki, milli komandaların əksər üzvləri Serbiya dünya çempionatında iştirakdan dərhal sonra yorğun bədənlərilə bu yarışlarda iştirak ediblər və hakimlər tərəfindən törədilən bəzi şübhəli hallar onların daha çox medal qazanmalarına mane olubdur.