İranın "Persepolis" klubu Tacikistanın "İstiqlalı" klubunu 2 qolla məğlub edib
Okt 25, 2023 14:52 Asia/Baku
İranın Prespolis Futbol Komandası Asiya Çempionlar Liqasının üçüncü həftəsində Tacikistanın "İstiqlal" klubunu 2 qolla məğlub etməyi bacarıb.
"İran Press"in məlumatına görə, Asiya Çempionlar Liqasının üçüncü həftəsində "Persepolis" bu yarışın E qrupunda Tacikistanın "İstiqlal" komandasını çərşənbə axşamı Azadi stadionunda qəbul edib.
Oyunun ilk dəqiqələrində Tacikistanın İstiqlal komandası VAR-ın köməyi ilə penalti qazanıb. Lakin Əlirza Beyranvənd onu gözəl şəkildə dəf edib.
Oyunun davamında Səid Sadiqi 44 və 72-ci dəqiqələrdə Persepolis üçün iki qol vurmağı bacarıb.
"Persepolis" bu qələbə ilə xalını 6-ya yüksəldib və qrupunda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan sonra ikinci pillədə qərarlaşıb.