Okt 27, 2023 13:05 Asia/Baku
  • Hançyou Para-Asiya oyunlarında iki para-ağır atletimiz uğur qazanıb

Çinin Hançjou şəhərində keçirilən dördüncü Para-Asiya oyunlarının beşinci günündə iki para-ağır atletimiz/ para-ağır atletika yarışlarında yüz yeddi kiloqram çəki dərəcəsində öz gücünü sınayıb.

Sonda Əli-Əkbər Qəribşahi bu çəki dərəcəsində qızıl,  Saman Rəzi isə bürünc medala sahib çıxıblar.

Qəribşahi ilk cəhddə iki yüz qırx üç kiloqramlıq ağırlığı qaldırmağı bacarıb.

İkinci cəhddə o, iki yüz qırx yeddi kiloqramlıq ağırlığın öhdəsindən gələ bilməyib.

Üçüncü cəhddə iki yüz əlli bir kiloqramlıq ağırlıq tələb edən Qəribşahi onu qaldırmağı uğurla həyata keçirib və qızıl medal əldə etməyə nail olub. Qəribşahi həmçinin bu göstərici ilə  Para-Asiya oyunlarının rekordunu təzələyibdir