İran Asiya atıcılıq yarışlarında tramp növü üzrə ilk komanda medalı qazanıb
Okt 30, 2023 14:44 Asia/Baku
İranın kişilərdən ibarət trap komandası Asiya atıcılıq yarışlarında bürünc medala sahib çıxıb.
Cənubi Koreyanın Çhanvon şəhərində keçirilən on beşinci Asiya çempionatı yarışlarının davamında cənablar Yeganə, Pərvəreşniya və Beyranvənddən ibarət İranın kişilərdən ibarət trap komandası üçüncü yeri tutub. Bu, İran millisinin bu qəbildən keçirilən Asiya yarışlarında trap növündə qazandığı ilk medaldır.
Həmçinin kişilərin trap yarışlarının ikinci gününün və beş raundun sonunda Babək Yeganə dördüncü olmaqla finala vəsiqə qazanıb.
Məhəmməd-Hüseyn Pərvəreşniya səkkizinci, Məhəmməd Beyranvənd isə iyirmi beşinci pillədə durublar.
Qadınların trap bölməsində isə Şiva Fərəhpur on üçüncü, Mərziyyə Pərvəreşniya isə iyirminci yerləri tutublar