İranli gənclər süni intellektdə dünya birincisi olublar
İranlı gənc tədqiqatçıların idman turizmi sahəsindəki ideyası qızıl medala layiq görülüb.
Tehran və Şiraz universitetilərinin nümayəndələri, həmçinin Tehran Universitetinin elmi heyətinin üzvünün iştirak etdikləri İranın daxili və xarici turizm idarəçiliyi üzrə tələbələrdən ibarət komandası əmirliklərdə keçirilən süni intellekt üzrə beynəlxalq yarışın marketinq və təbliğat bölməsində qızıl medal qazanmağa müvəffəq olub.
İranlı komandanın “marketinq quşlarının köməyilə elektron idman turizmi” adlı layihəsi/ idman hadisələrinin idarə olunması, həmçinin süni intellektə söykənmə və idman turizminin məqsədlərinin təqdimatı üzərində qurulub. Onda/ süni intellekt, turizm, avia-kosmik texnologiyalar və elmin kombinasiyasından istifadə olunub.
Yarış/ energetika, tibb, informasiya texnologiyası, avia-kosmik, kimya, fizika, marketinq və təbliğat/ və incəsənət kimi səkkiz sahədə keçirilib. İran komandası marketinq və təbliğat sahəsində süni intellektə söykənməklə birinci yeri tutub və qızıl medala sahib çıxıb
Bu beynəlxalq tədbir, cari il dekabrın yeddisindən doqquzunadək Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatının dəsətyilə Dubay şəhərində keçirilib.
Yarışa/ İran, Almaniya, Xorvatiya, Rumıniya, Cənubi Koreya, Sinqapur, İngiltərə, İndoneziya, Çin və Polşa da daxil olmaqla dünyanın iyirmi bir ölkəsindən ideya, ixtira və yüz əllidən çox layihə təqdim olunub.