İranlı ixtiraçılar Dubay sərgisinin xüsusi mükafatını alıblar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i406473-İranlı_ixtiraçılar_dubay_sərgisinin_xüsusi_mükafatını_alıblar
Dubay- 2023 beynəlxalq yenilikçilik və ixtiralar sərgisinin bitməsi fonunda bildirək ki, iranlı ixtiraçılar sərginin tibb bölməsinin xüsusi mükafatını alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 13, 2023 16:44 Asia/Baku
  • İranlı ixtiraçılar Dubay sərgisinin xüsusi mükafatını alıblar

Dubay- 2023 beynəlxalq yenilikçilik və ixtiralar sərgisinin bitməsi fonunda bildirək ki, iranlı ixtiraçılar sərginin tibb bölməsinin xüsusi mükafatını alıblar.

Sözügedən sərgi dekabrın yeddisi və səkkizində otuz iki ölkənin nümayəndələrinin iştirakı ilə Dubay şəhərində keçirilib.

İranı təmsil edən xanımlar Sepidə Cəfərzadə-Rastin və Fatimə Təqvayi beynəlxalq yenilikçilik və ixtiralar sərgisinin tibb bölməsində iki ixtira ilə iştirak etmişdilər.

Sərginin münsiflər heyətinin qərarına əsasən, iranlı ixtiraçılar sərginin qızıl və gümüş medallarına layiq görülüblər.

Münsiflər heyəti tərəfindən elm və texnologiya bölməsinin qalbiləri də müəyyən edilib.