İranli avarçəkənlər Asiya çempionatinin finalina yüksəliblər
Dek 15, 2023 15:52 Asia/Baku
İranlı qadınlar akademik avarçəkmə üzrə Asiya çempionatının finalına yüksəliblər.
İranlı qadınlar gənclərin akademik avarçəkmə üzrə Asiya çempionatı yarışlarının ikinəfərlik növündə finala yüksəliblər.
Avina Bəxşayi və Məhnaz Hacı Hüseyni Tailandda iyirmi üç yaşadək idmançılar arasında keçirilən yarışların birinci seçmə qrupunda Cənubi Koreya, Tailand, Honq-Konq və Çin nümayəndələrilə qarşılaşıblar. Sonda ikinci yeri tutan idmançılarımız final mərhələsinə vəsiqə qazanıblar.
Bu yarışlarda Çin və Cənubi Koreya nümayəndələri birinci və üçüncü olublar.
Sözügedən idman növü üzrə final mərhələsi bazar ertəsi günü keçiriləcək.