Dek 23, 2023 15:03 Asia/Baku
  • Mançester-Siti FİFA klublararasi dünya kuboku çempionu olub

Mançester-Siti FİFA Klublararası Dünya Kuboku yarışlarının çempionu olub

Braziliyanın Флуминенсе futbol klubunu məğlub edən İngiltərənin Mançester-Siti komandası FİFA Klublararası Dünya Kuboku yarışlarının çempionu olub.

FİFA Klublararası Dünya Kuboku yarışlarının final görüşü dünən gecə Ciddə şəhərinin Kral Abdullah stadionunda  Mançester-Siti və Флуминенсе klubları arasında keçirilib. Pep Qvardiolanın yetirmələri rəqib komandanı dörd-sıfır hesabı ilə məğlub etməyi bacarıblar.

Mançester-Siti-nin qollarını Xulian Alvares iki dəfə və Fil Foden vurublar. Bir qolu da Флуминенсе klubunun oyunçusu Nino öz qapısına vurubdur.

Mançester-Siti-nin çempionluğu fonunda qeyd edək ki, bu İngiltərə klubu sözügedən yarışlarda ilk dəfə idi ki, iştirak edirdi.

Real-Madrid ötən dövrdə bu çempionluğa sahib çıxmışdı. Bu klub həmin yarışların rekordçusudur. Belə ki, madridlilər səkkiz dəfə sözügedən titulu əldə ediblər.