Yan 30, 2024 13:36 Asia/Baku
  • Qətər millisi çətinliklə Fələstin millisini yenib

Qətər millisi Fələstinə 2-1 hesabı ilə qalib gələrək, Asiya Kubokunun 1/4 finalına yüksəlib.

Qətərdə keçirilən Asiya Millətlər Kubokunun 1/8 final mərhələsinin davamında Qətər və Fələstin milliləri üz-üzə gəlib.

Bu görüşdə ilk olaraq, Fələstin millisi 36-cı dəqiqədə qol vurub.

Ev sahibi Qətər millisi isə, 45+6-cı dəqiqədə bərabərlik qolunu vurmağa müvəffəq olub və 49-cu dəqiqədə penalti zərbəsindən ikinci qolu vuraraq, önə keçib və həmin nəticə ilə növbəti mərhələyə adlayıb. 

Fələstinli azarkeşlər bu görüşdə ölkələrinin bayrağını qaldıraraq, Fələstin millisinə  xüsusi dəstək verdilər.